Ermənilər "soyqırım qanununu" bayram edir

Çap edildi

Daşnaksutyun Erməni İnqilabi Federasiyası gənclər bölməsi və Daşnaksutyunun Nikol Ağbalyan gənclər təşkilatı Yerevanda Fransa səfirliyi qarşısında nümayiş təşkil edib.

Nümayiş iştirakçıları Fransa xalqı, Fransa hökuməti və prezident Sarkoziyə ünvanlanan təşəkkür sözləri yazılmış plakatlarla, Ermənistan və Fransa bayraqları ilə səfirliyin qarşısında vətənpərvərlik mahnıları oxuyub, səfirliyə təşəkkür məktubları veriblər, səfirliyin qarşısına gül-çiçək qoyublar.

Daşnaksutyun gəncləri “Yaşasın Ermənistan!”, “Yaşasın Fransa!” bağırıblar və əl çalaraq Fransanı alqışlayıblar.

Əksəriyyəti tələbə gənclər olan nümayişçilər Fransanın bu addımının başqa ölkələrə örnək olacağına əmin olduqlarını bildirirlər.