Bayraq meydanındakı binanın 9-cu mərtəbəsi sökülüb
Çap edildi
Bayraq meydanındakı binanın 9-cu mərtəbəsi sökülüb. Binada qaz, elektrik və su kəsilib. Sakinlər deyir ki, təklif olunan kompensasiyanı qəbul etməkdən başqa çarələri yoxdur.
Binada yaşaya 65 ailədən 15-dən çoxu köçməkdən imtina edərək binada qalmışdı.
Ərazidə Avroviziya müsabiqəsi üçün arena tikiləcəyindən, binadan köçməyə məcbur edilmiş sakinlər özlərini "Avroviziya qurbanları" adlandırır. Onlar hökumətin evlərinin dəyərində təzminat ödəmədiyini deyirlər.
İndi sakinlər hakimiyyətdən onlara köçmələri üçün vaxt verməsini istəyiblər.