77 adamın qətlində suçlanan Breivik videoçəkilişə icazə verib
Çap edildi
Norveçli məhkəmə gedişatı vaxtı video və foto çəkilişin aparılmasına ilk dəfə razılığını verib.
Yaydan bu yana təkadamlıq kamerada saxlanılan Anders Behring Breivikin məhkəmə prosesi fevralın 16-da başlanılmalıdır.
İyun yaında hökumət binası yaxınlığında 8 adamın ölümünə bais olmuş bomba partlayışı törətdikdən sonra Utoya adasındakı gənclər düşərgəsinə polis formasında daxil olan Breivik 69 nəfəri qətlə yetirib.
Breivik əməllərini Avropanın “müsəlmanlardan” müdafiəsi ilə əsaslandırır.