Çində nəhəng körpə doğulub

Çap edildi

Senan vilayətinin doğum evində dünyaya gələn körpənin çəkisi 7 kiloqramdan artıqdır.

Çun Çun adlı oğlan uşağının sağlam olduğu bildirilir.

Körpənin 29 yaşlı anası Vanq Yuan hamiləlik vaxtı bətnindəki uşağın böyük olacağının hiss edildiyini deyib.

Çun Çun ailənin ikinci övladıdır. Onun böyük bacısı doğulanda 4 kiloqram idi.

Sinxua agentliyi 2008 və 2010-cu ildə 7 kiloqramlıq körpələrin doğulduğunu bildirir.

Lakin bu rekord 7.04 kiloqram çəkisində olan Çun Çunun dünyaya gəlməsi ilə tarixə təslim olunub.

Gunness rekordlar kitabına əsasən 10.8 kiloqram çəkili dünyanın ən ağır körpəsi 1879-cu ildə Amerikanın Ohayo ştatında doğulduqdan az keçimiş ölmüşdü.