Ruslan Bəşirlini 7 il gözləyən nişanlısının dostları nümayiş keçirib
Çap edildi
Çox hissəsi gənc qızlardan ibarət olan bir qrup fəal 14 fevral Valentin günündə həbsdə olan Ruslan Bəşirli və onu yeddi ildir gözləyən nişanlısının şərəfinə “Sevgililər Günü” flaşmobu keçirib.
Onların şar və ürək simvolları gəzdiriblər, son anda şarları göyə buraxıblar.
Polislər gənclərə ciddi müdaxilə etməsə də, üzərində “Ruslan Bəşirliyə azadlıq” yazılar olan nümayiş kağızlarını əllərindən alıb.