Taylandda 50 saat davam edən öpüş yarışı
Çap edildi
Taylandda ən uzunmüddətli öpüş marafonu başa çatıb.
Bazar günündən başlayan və Valentin günü də daxil olmaqla 50 saata yaxın davam edən yarışda öpüşən gənclər yarışı yemədən-içmədən, fasiləsiz başa vurublar.
7 cütlük Taylandın Pattaya kurort şəhərində dodaqlarını birləşdirərək iki gün davamlı bu vəziyyətdə qalıblar.
Yarış mükafatı olaraq 3 333 dollar qiyməti olan brilyant qaşlı üzük və 7 min dollara yaxın qiyməti olan otel vauçeri təsis edilib.
Müsabiqəni gey cütlük qazanıb və onların adı Ginnesin rekordlar kitabına düşüb.