Velosipedçini vuran avtobus sürücüsünə 17 ay iş kəsilib
Çap edildi
Böyük Britaniyadakı Bristol şəhərinin məhkəməsi velosipedçini qəsdən vurduğunu etiraf edən avtobus sürücüsünü 17 ay müddətinə azadlıqdan məhrum edib.
Dinləmələr vaxtı 29 yaşlı Gavin Hill işıqforda velosipedçi ilə mübahisədən sonra avtobusu bilərəkdən onun üzərinə sürdüyünü deyib.
Hadisə nəticəsində 43 yaşlı Phillip Mead velosipeddən yıxılaraq ayaq, bilək və barmağını sındırıb.
Hakim hadisədə avtobusun “silah kimi” istifadə edildiyini vurğulayıb.