Gənclər tələblərini "rok-mitinqdə" irəli sürmək istəyir

Çap edildi

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət yollayıb.

Təşkilatçılar bildirir ki, onlar “rok konsert” tipli gənclər üçün mitinq keçirmək istəyir.

BBC Azərbaycancaya müsahibə verən təşkilatçılar mitinqdə əsasən üç məsələni - “Ərazi bütövlüyünün təmin olunması- Qarabağ məsələsi, rüşvətsiz təhsil və siyasi məhbusların azad edilməsi” - qaldıracaqlarını bildiriblər.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi ötən il aprel 2-də həbs edilənlərin hüquqlarını qorumaq üçün yaradılan gənclər qrupudur. Komitədə müxtəlif siyasi yönümlü doqquz gənclər təşkilatları birləşir.

Komitə nümayəndələri Bəyim Həsənli və Rəşad Həsənovla müsahibəni Bakı müxbirimiz Xanım Cavadova aparıb.