Avstraliya tarixində ən iri çəhrayı almaz tapılıb

Çap edildi

Avstraliyanın dağ-mədən işləri üzrə Rio-Tinto şirkətinin tapdığı olduqca nadir çəhrayı almaza Jubilee Pink adı verilib.

12.76 karatlıq qiymətli daş qərbi Avstraliyadakı Argyle mədənində aşkar edilib.

Almaz 1950-ci ildə kraliça Yelizavetaya toy hədiyyəsi kimi verilən Williamson Pink almazına oxşayır.

Milyonlarla dollar dəyərində olan almazın dəqiq qiyməti müəyyən edilməyib.

Potensial alıcılar ilin sonunda satışa çıxarılacaq Jubilee Pink-ə təkliflərini irəli sürməyə dəvət olunublar.