Kərimli: Qərbi birmənalı şəkildə qiymətləndirmək çətindir
Çap edildi
Britaniya diplomatları ilə görüşünün yekunları ilə bölüşən müxalifət lideri demokratiyanın “neftə qurban verilməsi” barədə iddialarla razılaşmayıb.
BBC Azərbaycancaya müsahibəsində AXCP partiyasının sədri Azərbaycan müxalifətinin indiki vəziyyətini dəyərləndirərək deyib ki, hakimiyyət gözündə opponentlərin ciddi qüvvə təşkil etdiyini o cümlədən seçki qanuvericiliyinin sərtləşdirilməsində görmək olar.
Əli Kərimli bildirib ki, Müsavat partiyasının lideri İsa Qəmbərlə yanaşı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Alan Parfitt-lə görüş vaxtı ölkədəki vəziyyət və müxalifətin proqramı müzakirə olunub.