Britaniya kraliçası keçmiş İrlandiya Respublka Ordusunun rəhbərilə görüşüb
Britaniya kraliçası II Yelizaveta Şimali İrlandiyaya səfəri çərçivəsində keçmiş İrlandiya Respublka Ordusunun (İRA) rəhbəri, hazırda isə Şimali İrlandıyanın baş nazir müavini olan Martin McGuinness'lə görüşüb.
Kraliça II Yelizavetnın Martin McGuinness'lə görüşü əlsıxma vədigər qarşılıqlı hörmət və nəsakətlik jestlərilə müşahidə edilib.
Bu hadisə Britaniya mətbuatı üçün aparıcı mövzulardan birinə çevrilib. çünki İRA Martin McGuinness başda olmaqla onilliklər ərzində Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılamsı uğrunda mübarizə aparıb və və Britaniya hakimiyyətinə qarşı vuruşub.
İRA fəalları Londonun üsul-idarəsinə qarşı bir sıra terror aktları həyata keçiriblər.
Kraliçanın həyat yoldaşı şahzədə Filippin dayısı Lord Mountbatten 1979 ildə yaxtasında İRA fəalları tərəfindən quraşdırılmış bomba partlayışı nəticəsində həlak olmuşdu
Beləliklə, II Yelizavetnın Martin McGuinness'lə əlsıxması Şimali İrlandiya ilə London arasında barış və sülh prosessinin ən bariz simvolu kimi qiymətləndirilməkdədir.
Britaniya kraliçası II Yelizaveta Şimali İrlandiyaya 2 günlük səfərə taxt-tacının brilyant yubileyilə bağlı tədbirlər çərçivəsində .