Mükəmməl robotun yaradılması yolu süni sağrını şillələləməkdən keçir
Tokio elektro-kommunikasiyalar Universitetinin əməkdaşı Nobuxiro Takasi silikon, elektrik ötürücü və naqillərdən robot üçün süni sağrı hazırlayıb.
Sağrı süni olsada kənar tamaşaçıya gerçək əzələ effekti bağışlayır.
Elektronikanın vasitəsilə süni sağrı gerçək insan əzələsi kimi özünü aparır, insan hərəkətinə canlı əzələyə banzər reaksiyalar verir.
Misal üçün şilləyə və sığallamaya robot sağrısının reaksiyası fərqli olur.
Nobuxiro Takasi əmindir ki, onun tədqiqat işi nəticəsində insana bənzər robotları daha da mükəmməl etmək mümkün olacaq – beləki həmin robotlar daha həssas, daha dərin hissiyat sisteminə malik olacaq, və əlbəttəki ehmal tumarı -kobud şillədən seçə biləcəklər.
“Mən süni sağrını sığallayıb– şillələməklə, robotlarda müxtəlif emosiya ifadə etməyin yollarını arayıram”, Nobuxiro Takasi deyir.
Tədqiqatçı ümid edir ki, sığal və şillələrə sərf etdiyi enerjisi hədər getməyəcək – son nəticədə robotların süni əzələ sistemini insanın əzələ sisteminə maksimal dərəcədə yaxınlaşdırmaq mümükün olacaq.