İordaniyada canlı TV yayımında deputat opponentinə tapança çəkdi
Çap edildi
Iordaniyada canlı televiziya yayımı gözlənimədən yaranmış qalmaqal nəticəsində xaotik şəkil aldı.
Verilişin gedişində siysətçilərdən biri opponentini tapança ilə hədələdi.
Debatda parlament üzvü Məhəmməd Şavabka və siaysi fəal Mənsur Murad iştirak edirdilər.
İştirakşılar biri birinə təhqir etməyə başlayandan sonra verilişdə vəziyyət gərginləşdi.
Siyasətçi ayaqqabısını Mənsur Murada tulladı və bundan sonra onun üstünə tapança çəkdi.
Vəziyyətin gərginliyinə baxmayaraq tapançadan atəş açılmadı və heç kimə ciddi xəsarət yetirilməyib.