"Mən Qarabağa Ermənistanın dostu kimi gəlmişəm"

Çap edildi

Tanınmamış Dağlıq Qarabağ respublikasında keçirilən prezident seçkilərini izləmiş Avropa Parlamentinin üzvü Eleni Theocharous deyir ki, Qarabağa Ermənistanın dostu kimi gəlib və burada Avropa parlamentini təmsil etmir.

BBC Azərbaycancaya müsahibəsində o, Avropa İttifaqının Qarabağ seçkilərini tanımamasını anlamadığını deyib. O, eyni zamanda Azərbaycanla bağlı yaxşı xatirələrinin olduğunu və ölkə hökuməti istərsə, demokratikləşmə prosesində ona kömək edə biləcəyini söyləyib.