Iraqda silsilə hücumlar həyata keçirilib - çoxlu sayda ölən və yaralanan var
ABŞ qoşunları İraqdan çıxandan bəri Iraqda bugünkü gün ən qanlı günə çevrilib - ölkə boyu çoxsaylı hücumlar törədilib.
Hücumların çoxunun hədəfi təhlükəsizlik qüvvələri olub.
Hücumlar nəticəsində 100-dən çox adam həlak olub, azı 200 nəfər yaralanıb.
Polis məntəqələri minalanmış avtomobillər vasitəsilə hücuma məruz qalıb.
Səlahəddin bölgəsində hücumlardan birində 15 əsgər həlak olub.
Bağdadda və paytaxt ətrafında partlayıcı maddə quraşdırılmış avtomobillər vasitəsilə silsilə hücumlar həyata keçirlib.
Taji və Kərkuk şəhərlərində hücumlar həyata keçirilib.
Bazar günü İraqda törədilmiş silsilə partlayışlar nəticəsində azı 17 nəfər həlak olub.
Müşahidəçilərə görə, Sünnü-Şiə qarşıdurması və Kürd separatızmi kimi amillərin təzyiqinə məruz qalan hökümətin zorakılıqların öhdəsindən gəlməyə gücü çatmır.