Qarabağda azərbaycan dilində erməni radiosu fəaliyyətini dayandırır

Çap edildi

Tanınmamış Dağlıq Qarabağ Respublikasından Azərbaycan dilində yayımlanan və avqust ayında 15 illiyini qeyd etməyə hazırlaşan “Ədalət səsi” radiostansiyası fəaliyyətini dayandırmağa məcburdur.

Radiostansiyanın qısa dalğalarda efirə buraxılan verilişləri geniş auditoriya üçün əlçatmazdır və “Ədalət səsi” kütləvi informasiya vasitəsi kimi öz mahiyyətini itirmiş olur.

"Radiostansiyanın redaksiya siyasəti münaqişə şəraitində olan erməni və azərbaycan xalqları arasında səmimi dialoq və etimad ab-havası yaratmaq məqsədilə ictimai rəy formalaşdırılmasına əsaslanır", “Ədalət səsi” radiosunun baş redaktoru bu günlərdə Xankəndində olan “BBC Azərbaycanca“-nın müxbirinə deyib.

Radionun rəhbəri uzun illər öncə erməniyə ərə getmiş azərbaycanlı Raya Babayevadır.

Radiostansiya fəaliyyətini internet şəbəkəsi vasitəsilə davam etdirmək uçun imkanlar axtarmaqdadır.