Avropada daşqın: Çexiya paytaxtının mərkəzi hissəsi suyun altındaqala bilər
Çap edildi
Çexiya paytaxtı Praqanın tarixi mərkəzinin su ilə örtülməsi təhlükəsi yaranıb.
Paytaxt Praqa və ətraf ərazilərdən 3 minə yaxın insan daşqın təhlükəsi ilə əlaqədar yaşadıqları evləri tərk etməyə məcbur ediliblər.
Praqa radiosu xəbər verir ki, şəhər zooparkındakı heyvanları da təhlükəsiz yerə köçürmək lazım gəlib.
Praqada metrostansiyaların işi kəsilib, məktəblər bağlanıb, şəhər rəsmiləri Vlatva çayının daşması ehtimalından ehtiyyatlanırlar.
Çexiyanın Baş naziri Petr Necas ötən gün yaranmış vəziyyət ilə bağlı hökümətin fövqəladə iclasını çağırıb.
Xilasetmə işlərinə 1000-dək əsgəri güvvə cəlb edilib.