Venesuelanın sabiq gözəllik kraliçası qətlə yetirilib

Çap edildi

Venesuelanın sabiq gözəllik kraliçası Monica Spear həyat yoldaşı Thomas Berry ilə birlikdə öz avtomobilində odlu silahdan qətlə yetirilib.

Magistral yolda baş verən hadisə vaxtı ayağından xəsarət alan çütlüyün 5 yaşlı qızı xəstəxanaya yerləşdirilib və onun vəziyyətinin sabit olduğu bildirilir.

2004-cü ildə Miss Venezuela adını qazanan xanım Spear seriallarda çəkilib.

Yerli mətbuata əsasən gecə vaxtı paytaxt Karakasa gedərkən ailə üzvləri baş tutmayan qarət cəhdinə məruz qalıblar.

Olayla bağlı istintaq başlayıb.

Video şərhsizdir.