Sloveniya qar tufanı zərbəsi altında
Çap edildi
Sərt şaxtalar və çovğun Sloveniyanın dörddə birini elektriksiz qoyub. Qalın qar örtüyünə tab gətirməyən elektrik dirək və ağaçlar yan üstü qalıb.
Soyuqlara görə nəqliyyatın işi və su təchizatı pozulub, ölkə boyu məktəblərin təxminən 40 faizi bağlanılıb.
Son onilliklər ərzində ən sərt soyuq hava siklonlarından biri Sloveniya ilə yanaşı Xorvatiya, Serbiya və Almaniyaya öz təsirini göstərib.
Bazar ertəsi Serbia polisi şimaldakı Subbotitsa və Novi Sad şəhəri arasında qarlı havaya görə ilişib yolda qalan yük maşınlarını çıxarmağa başlayıb.
Xilasetmə əməliyyatlarına ordu cəlb olunub.
Video şərhsizdir.