Braziliya karnavalında futbol mövzusu
Çap edildi
Rio De Janeyrodakı ənənəvi karnaval öz zirvəsinə yaxınlaşdığı bir vaxtda Samba rəqs məktəblərindən biri qarşıdan gələn futbol üzrə dünya çempionatı mövzusunu istifadə edib.
Damalı top şəklində kostyumlarda rəqs edən onlarla adam şəhər küçələrində alqışla qarşılanıblar.
Çempionata hazırlıq ərəfəsində dünya birinciliyinin maliyyə dəyəri iqtisadi inkişafın yavaşladığı ölkənin daxilində mübahisələr doğurub.
Video şərhsizdir.