İstanbulda yenə gözyaşardıcı qaz
Çap edildi
Polis İstanbulun Taksim Meydanında aksiya keçirmək qadağasına riayət etməyənlərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Yerli mediada əli bayraqlı etirazçıların polis divarına qarşı durduğunu əks etdirən videolar göstərilib.
Minlərlə adam şəhərin müxtəlif yerlərində toplaşıb, AP agentliyi məlumat verir.
Türkiyə mediasının məlumatına görə, mayın 1-də İstanbula 40 000 polis göndəriləcək.
Baş nazir Recep Tayyip Erdoğan daha əvvəl xəbərdarlıq etmişdi ki, anti-hökümət etirazlarının mərkəzi olan Taksim Meydanında toplaşmaq istəyənlər bu "ümidlərindən vaz keçməlidirlər".