Avstriyada beş nadir ağ pələng balası

Çap edildi

Vyananın cənubundakı dağlarda yerləşən zooparkda beş nadir ağ pələng balası ictimaiyyətə təqdim olunub.

Zooparkın işçisi deyir ki, balalar ötən ay doğulub və bir doğuşda belə böyük sayda ağ pələnin sağlam və sağ-salamat dünyaya gəlməsi nadir hadisədir.

O, pələnglərin sağlamlığının səbəbini zooparkın Avstriya dağlarında, açıq ərazidə yerləşməsi və heyvanların azad dolaşmaq imkanları ilə izah edir.

Nadir ağ pələnglərin vətəni Hindistan və Banqladeşdir.