Tehranda güclü qum fırtınası: ölənlər var
Çap edildi
İranın paytaxtı Tehranda baş vermiş güclü qum fırtınası ən azı dörd nəfərin ölümünə, təxminən 30 nəfərin isə yaralanmasına səbəb olub.
Ən yüksək həddində qasırğa 110km/h (70mph) gücünə çatıb, ağacları qırıb, evlərin pəncərələrini zədələyib və onminlərlə evin işıqsız qalmasına səbəb olub.
Qasırğa həmçinin görmə məsafəsini məhdudlaşdırmaqla bəzi nəqliyyat qəzalarına da səbəb olub.
Toz və qum paytaxtın yarısını bürüyüb.
Video şərhsizdir.