Bahar Muradova: "etirazımız prosedur qaydaların pozulmasına olub"

Çap edildi

Azərbaycanı ATƏT-ə Bakıda regional büro açmağa icazə verməyə çağıran, Anar Məmmədlinin barədə narahatlıq ifadə edilən və hüquq müdafiəçilərinə qarşı qanunvericilikdən düzgün istifadə edilməməsini əsas götürən bu düzəlişlərin hamısı Azərbaycan nümayəndə heyəti tərəfindən etirazla qarşılanıb.

"Təklifin qəbul olunması prinsipial olaraq əhəmiyyət kəsb eləmir, çünki nə qədər çox müzakirədə iştirak edən varsa, o qədər də müxtəlif fikirlər var. Heç də bir qrup adamın fikri Komitənin, yaxud da PA-nın fikri kimi, yaxud da Azərbaycana qarşı yönəlmiş qərəzli fikir kimi qəbul edilə bilməz", ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin sədri Bahar Muradova BBC Azərbaycancaya bildirib.

Bu iclası yerli Milli Məclis iclasları ilə müqayisə edən deputat Bahar Muradova əlavə edir ki, etiraz prosedur qaydalarının pozulmasına olub.

"Sədr özünün imkanlarından istifadə edərək Azərbaycan tərəfinin etirazlarını görməməzlikdən gəldi", Bahar Muradova qeyd edib.

Bazar ertəsi Bakıda keçirilən ATƏT Parlament Assambleyasının Komitə iclasında Azərbaycanın da adının hallandığı qətnamə düzəlişlərinə baxılıb.