Fələstinli gənc Şərqi Qüdsdə dəfn edilib
Çap edildi
Şərqi Qüdsdə minlərlə adam qətlə yetirilmiş fələstinli yeniyetmənin dəfn mərasimində iştirak edib. Onun dəfn mərasimi ərəfəsində İsraillə gərginlik daha da artıb.
Mohammad Abu Khdairin ailəsi deyir ki, o iyunda öldürülən üç gənc israillinin ölümünə qisas üçün qətlə yetirilib. Polis hələ ki, motivi təsdiq etməyib.
Gəncin dəfn mərasimi ailənin evinin yanında, Shuafat rayonunda keçirilib.
Dəfn mərasimindən əvvəl və sonra yüzlərlə gənc polislə toqquşub.