Yaponiyada xilasedicilər Ontake dağında daha 12 cəsəd aşkar ediblər

Çap edildi

Yaponiyada axtarış işlərini bərpa etmiş xilasedicilər Ontake dağının zirvəsi ətrafında daha 12 cəsəd aşkar ediblər.

Beləliklə, Ontake vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb.

Cəsədlərin dağdan daşınması üçün xilasedicilər helikopterlərdən istifadə edib.

Rəsmilərin sözlərinə görə, vulkan püskürməsi nəticəsində Ontake dağında itkin düşənlərin sayı barədə hələlik dəqiq məlumat yoxdur.

Ontake dağında vulkan püskürməsi ötən şənbə günü baş verib.

Vulkan püskürən zaman dağın yamaclarında yüzlərlə turist olub.