İlk Apple kompüterlərindən biri 1 milyon dollara satılıb

Çap edildi

Apple şirkətinin təsisçisi Steve Jobs-un öz qarajında hazırladığı ilk Apple kompüterlərindən biri Nyu York auksionunda təxminən 1 milyon dollara satılıb.

Bu, Jobs-un 1976-cı ildə hazırladığı ilk 50 kompüterdən biri olub.

Bütün hissələri yerində olan Apple 1 kompüterini Henry Ford muzeyi alıb. Ekspertin sözlərinə görə, hələ də işləyən kompüter çox yaxşı vəziyyətdədir.