Lava Havay adasının şəhərinə daxil olur

Çap edildi

Amerikanın Havay ştatının hakimiyyəti Kilauey vulkanından püskürən və geniş ərazilər boyunca irəliləyən lavanın yolu üzərindəki rayonlarda evakuasiya elan edib.

Vulkan son 30 ildə aktiv olub, ancaq bu ilin iyun ayında lavanın püskürməsi güclənib və hazırda o, arxipelaqdakı Böyük adanın Paxoa şəhərinə daxil olmaqdadır.