Qərbi Yaponiya üzərində "alov kürəsi meteoru"
Çap edildi
Qərbi Yaponiya sakinləri bazar ertəsi axşam çağlarında səmada işıq saçan cismin müşahidə olunduğunu bildirirlər.
Ekspertlər güman edir ki, nəzərə çarpan obyekt “alov kürəsi meteorudur”. O, Yerin atmosferinə girərkən alışıb yanan asteroidin bir parçasıdır və böyük bir ehtimalla onun qalan hissələri dənizə səpələnib.
Fukuoka aeroportundakı müşahidə kameraları güclü yaşıl işıq saçan obyekti lentə alıb. Bu arada Hakata dəniz limanındakı kameraya düşən obyekt solğun narıncı rəngilə seçilir.
Video şərhsizdir.