Putin Çinin birinci xanımının çiyinlərini şalla belə örtür
Çap edildi
Rusiya prezidenti Vladimir Putinin ATEC-in sammitində Çinin birinci ledisi Pen Liyuanın çiyinlərini şalla örtməsi Qərb və Çin kütləvi-informasiya vasitələrində qızğın müzakirələrə səbəb olub.
KİV-in məlumatına görə Vladimir Putinin hərəkətinin görüntüləri, Birinci Ledinin hətta Putini ram etmiş füsunkarlığı barədə şərhlərlə birlikdə, çox sürətlə Çinin Weibo sosial şəbəkəsi vasitəsilə yayılıb, amma az sonra onu görmək mümkün olmayıb.
Ehtimal etmək olar ki, Çin senzorları videonun məzmununu birmənalı hesab etmədiklərindən ona girişi bağlamaq qərarına gəliblər.
