Honq Konq: etirazçılar şəhər mərkəzindəki ərazidən çıxarılır

Çap edildi

Honq Konq hakimiyyəti şəhərin mərkəzindəki ərazilərdən birini etiraz aksiyaları keçirən fəallardan təmizləməyə başlayb.

Hökumət evi yaxınlığındakı Citic Tower göydələni qarşısında olan ərazini nümayişçilərdən azad etmək üçün məhkəmə qərarı çıxarılıb.

Etirazçılar məhkəmə hökmünə əməl edirlər, lakin tələbə liderləri deyiblər ki, başqa yerlərdə etirazları dağıtmağa yol verməyəcəklər.

Honq Konq rəhbərini Çinin müdaxiləsi olmadan seçmək tələbilə keçirilən etiraz aksiyaları iki ay əvvəl başlayıb.

Aksiyanın əvvəlində etirazlara 10 minlərlə adam qatılıbsa, hazırda etirazçıların sayı bir neçə yüz adam təşkil edir.

Hakimiyyət bildirir ki, etirazçıların şəhər küçələrində saldıqları çadır şəhərcikləri yol hərəkətinə mane olmaqla sanitariya normalarına cavab vermir.

Video şərhsizdir.