Qartal Londonu səmadan necə görür?

Çap edildi

Üzərinə kamera bərkidilmiş Darchan ləqəbli qartal London səmasında uçaraq Britaniya paytaxtının ən məşhur mənzərələrini videoya çəkib.

Çəkilişlər Beynəlxalq Qırmızı Kitabın yaradılmasının 50-ci ildönümünə həsr edilmiş layihənin tərkib hissəsidir.

Qırmızı kitaba mühafizəyə ehtiyacı olan nadir və kökü kəsilmək təhlükəsilə üzləşən flora və fauna növləri salınır.