Amerikada lemurlar Şükranlığı bayram edir

Çap edildi

Bu həftəsonu amerikalılar Şükranlıq bayramını qeyd edəcək. Bir dəstə bəxtəvər üçünsə bayram erkən başlayıb.

Bu şələquyruq lemurlar bayramı çərşənbə günü İllinoisdəki Brookfield Zooparkında qeyd ediblər.

Onlara hindquşu formasında tort, şirin kartof piroqu və yaşıl noxud veriblər.

Bayram paylaşmaqdan ibarətdir. Zoopark işçiləri eyni əhvalı bölüşsə də, əllə və ya pəncə ilə yemək və masanın üzərinə çıxmaqdan bəlkə o qədər də məmnun qalmazlar.