İtaliyada tikintisi 50 il çəkən yarımçıq qalmış otel kompleksi partladılıb

Çap edildi

İtaliyada tikintisi 50 il çəkməsinə baxmayaraq yarımçıq vəziyyətdə qalan otel kompleksi nəhayət yerlə yeksan edilib.

Ətraf mühit müdafiəçiləri bu yarımçıq tikilinin Sorrento yarımadası ekologiyasına ciddi zərər vurduğunu iddia edirdilər.

Yarımçıq bina Neapol yaxınlığında sahilyanı ərazininin bərbad hala düşməsinə səbəb olmuşdu.

20 il çəkən məhkəmə çəkişmələrindən sonra ətraf mühit müdafiəçiləri lisenziyasız ucaldılmış tikilinin partlayış yolu ilə ləğv edilməsinə nail ola bilmişlər.

Yarımçıq kompleksin partladılmasını qayıqlardan 200-dən çox adam izləyib.