Putinin xalqa mesajı: təmkinli ol və Qərbi ittiham et
Çap edildi
Parlamentə müraciət edən Rusiya prezidenti bu il ölkənin həyatında baş verən ən mühüm hadisələri qeyd edib.
Vladimir Putin deyib ki, Qərbin sanksiyaları rusiyalıları öz iqtisadiyyatını inkişaf etdirməyə sövq etməlidir. O buna kömək etmək üçün vergiləri artırmayacağını vəd edib və Rusiya sahibkarlarını xaricdəki vəsaitləri Rusiyaya qaytarmağa çağırıb.
Rusiya prezidenti nitqində Qərbi tənqid edib. O, deyib ki, Krım olmasa Qərb sanksiyalar tətbiq etmək üçün başqa bir səbəb tapacaqdı.
Steve Rosenberg Putinin nitqini izləyib.