Tayland kralı səhhətinə görə ad günü şənliklərində iştirak etməyəcək

Çap edildi

87 yaşının tamam olması Taylandda geniş qeyd olunan kral Bhumibol Adulyadej həkimlərinin məsləhətilə ictimaiyyət qarşısına çıxmaq planlarını ləğv edib.

Dünyanın ən uzun müddət xidmət edən monarxı sayılan Tayland kralının səhhətilə bağlı narahatlıq artmaqdadır.

O, son dəfə ictimaiyyət qarşısında ötən ilin noyabrında görünmüşdü.

Ötən ilin oktyabr ayında isə öd kisəsində əməliyyatın keçirilməsilə bağlı xəstəxanaya yerləşdirilmişdi.