Fransa: 1930-cu illərə aid avtomobil kolleksiyası hərraca çıxarılıb

Çap edildi

Fransada, əyalətlərdən birində aşkar edilmiş, pas atmış klassik avtomobillər kolleksiyası Parisdə hərraca çıxarılır.

Ötən əsrin 30-cu illəri buraxılışı olan həmin avtomobillər ölkənin qərbində, ucqar bir qəsrdə aşkar edilib.

Kolleksiyaya daxil olan 60 avtomobillin satışından hərracın təşkilatçıları ümumilikdə 17-20 milyon dollar arası qazanc əldə ediləcəyinə ümid bəsləyirlər.