Mərkəzi Afrika: Burundidə ikinci gündür iğtişaşlar davam edir
Çap edildi
Mərkəzi Afrikada yerləşən Burundi dövlətində polis qüvvələrilə etrazçılar arasında toqquşma baş verib, polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.
Burundi paytaxtında iğtişaşlar ikinci gündür ki davam edir.
Nümayişlərə səbəb prezident Pierre Nwhoorunziza-nın vəzifəsində üçüncü müddətə qalmaq qərarı olub.
Etiraz dalğası paytaxt Bujumburanın beş rayonunu bürüyüb, mərkəzi rayonlarda dükanlar bağlanıb, şəhərə ordu yeridilib.
Keçmiş lider Pierre Buyoya ölkədə yenidən vətəndaş müharibəsinin alovlana biləcəyi barədə xəbərdarlıq edib.