Messenger gəmisi özünü Merkuri planetinə çırpacaq

Çap edildi

Fəzada on il keçirdikdən sonra NASA-nın Messenger kosmik gəmisi özünü Merkuri planetinin səthinə çırpmaqla missiyasını başa vuracaq.

Messenger Merkuri ətrafına dövrə vuran ilk kosmik gəmidir. O, Günəşə ən yaxın planetin orbitinə 2011-ci ildə çıxarılıb.

Öncədən kosmosda bir il fəaliyyət göstərəcəyi zənn edilən gəminin istismar müddəti iki dəfə uzadılmışdı. Lakin ABŞ-ın NASA kosmik agentliyi aprelin 30-da yanacağı tükənən gəminin fəaliyyətinə son qoyacağını elan edib.

Missiyanın gedişatında Messenger Merkurinin qütblərindəki kraterlərdə nəhəng buz parçalarını aşkar edib.

Video şərhsizdir.