İstanbul: 1 may günündə polislə fəallar arasında toqquşmalar

Çap edildi

İstanbulun Taksim Meydanında 1 May günü ilə bağlı yürüş keçirmək istəyən fəallarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

İstanbul şəhərinin polis rəisi 136 adamın həbs edildiyini bildirib. İstanbulun Beşiktaş rayonunda akisya iştirakçıları barrikadalar qurub, polisə daş və fişəng atıblar. Hadisə yerində çəkilən kadrlarda fəallara qarşı, su şırnağı və gözyaşardıcı qazın istifadə olunduğunu görmək olar.

Bəzi rayona iğtişaş polisi göndərilib və xüsusi texnika yerləşdirilib.

Video şərhsizdir.