Desantçı qiyafəsində iki suiti İrkutsk akvaparkını əyləndirib
Çap edildi
Rusiyada mayın 9-da Qələbə gününün 70 illiyi münasibətilə müxtəlif bayram tədbirləri keçirilib.
Irkutsk şəhərində belə tədbirlərdən biri qeyri-adiliyi ilə seçilib.
Beləki, şəhər akvaparkında qırmızı ulduzlu desantcı bereti taxmış iki suiti üzgəclərilə avtomat silahını dik tutaraq suda musiqi sədaları altında dövrə vurub rəqs edib.