Fotoqraf Şahvələd Ayvazov: "Müharibə hər şeyi rəngsiz edir"

Çap edildi

Gürcüstan Mədəniyyət Nazirliyi bu ilki Alexander Roinashvili Fəxri Mükafatını Şahvələd Ayvazova verib. Bu münasibətlə 2-12 may arasında Tbilisidəki Karvasla Muzeyi onun işlərini sərgiyə çıxarıb.

Azərbaycan əsilli fotoqraf Gürcüstan paytaxtı Tbilisidə anadan olub və 1977-ci ildən fotoqrafçılıqla məşğuldur.

Cənab Ayvazov 1992-ci ilədək müxtəlif qəzetlərdə fotomüxbir olub, 1992-ci ildən bəri isə Associated Press agentliyinin Qafqaz üzrə xüsusi müxbiridir.

"Müharibə jurnalisti biz olmuruq, müharibə bizi seçir" - peşəsi barədə fotojurnalist Şahvələd Ayvazov deyir.

Ondan müsahibəni BBC Azərbaycanca üçün jurnalist Onnik Krikorian alıb.