Yerevanda əsgər analarının etirazı
Qeyri-döyüş şəraitində orduda övladlarını itirmiş anaların prezident iqamətgahı önündə növbəti aksiyası da ölkə prezidentinin diqqətini cəlb edə bilmədi. Polis hər cümə axşamı olduğu kimi, bu dəfə də onları binaya yaxınlaşmağa qoymadı.
Hər həftə prezident iqamətgahı yanına gələn 5-10 əsgər anası Ermənistan prezidenti, Ali Baş Kamandan Serj Sarkisyanın qəbuluna düşmək istəyirlər. Onlar son 5-10 il ərzində övladlarının intihar etdiyinə dair məhkəmənin qərarını ədalətsiz hesab edir, övladlarının qətlə yetirildiyini sübut edən dəlillərə malik olduqlarını deyirlər.
Daha əvvəl prezident Sarkisyan qadınlarla görüşüb və haqq-ədalətin bərpa olmasına kömək edəcəyini vəd edib. Lakin ondan sonra da heç nə dəyişməyib. Əsgər anaları nəinki prezident iqamətgahının darvazasına, polis onları tanıyır, və hətta prezident iqamətgahı yerləşən Bağramyan prospektindən keçməyə qoymaq istəmir, əsgər anaları deyir.
Əsgər anası polisə başa sala bilmir ki, nə üçün ona bu küçənin bir tərəfindən keçmək qadağandır.
İş zorakılığa çatmayanda, əsgər analarının aksiyası polis əməkdaşları ilə söz güləşdirmə ilə başa çatır.
Bu gün əsgər analarının hüquqlarının müdafiəsinə rəssam Arayik Petrosyan və hakimiyyət əleyhinə aksiyalarda xüsusi fəallığı ilə seçilən Vardqes Qaspari də qatılmışdı.
Araik Petrosyan polis cərgəsini yarıb prezident iqamətgahının yaxınlığından keçməyə bir neçə uğursuz cəhd də etdi.
Vardqes Qaspari polisə təpinirdi ki, “vətəndaşa əl vurmağa haqqınız yoxdur”, hərdən də - “xuliqan”, “gədə” kimi - möhkəm ifadələrlə danlayırdı.
Fəallar prezident iqamətgahı önündə yerə uzananda, polis onları zorla maşına mindirib apardı. Vardqes Qaspari üçün bu, yenilik deyildi, onu az qala hər aksiyadan sonra tutub polisə aparırlar.
“Bizim və öz haqlarını müdafiə etdiklərinə görə, tutub apardılar”, - əsgər anası Nana Muradyan deyir.
Daha sonra məlum oldu ki, Vardqesi yarı yolda polis maşınından düşürdüblər, Arayik Petrosyanı isə “sərxoş halda ictimai yerdə olduğu” haqqında protokol tərtib edib, 3 saatdan sonra buraxıblar. Petrosyan jurnalistlərə deyib ki, protokolu imzalamayıb, lakin inzibati cəza tədbiri tətbiq etmək üçün polisdən ona gələn həftə rəsmi çağırış vərəqəsi göndəriləcəyini bidiriblər.