Medal qazanan azərbaycanlı idmançıların şərəfinə "zəfər günləri" keçirilir

Çap edildi

Milli Olimpiya Komitəsinin inzibati binasında iyun ayının 29-dək Ovropa Oyunlarında medal qazanmış azərbaycanlı idmançıların şərəfinə "zəfər günləri" keçiriləcək, MOK əməkdaşı Nazir Rəhimov bildirib.

Qadınların güləş yarışlarında müvafiq olaraq qızıl və bürünc medallar qazanmış Mariya Stadnik və Nataliya Sinişinin şərəfinə də tədbir keçirilib.

Mariya Stadnik bildirib ki, birinci Avropa Oyunlarının qızıl mükafatını qazandığı üçün çox xoşbəxtdir.

Videonu BBC Azərbaycanca üçün Günel Səfərova hazırlayıb.