Rusiyada kazarma uçub: 23 ölü

Çap edildi

Sibirdəki Omsk şəhəri yaxınlığında Rusiya ordusuna məxsus kazarmanın uçması nəticəsində 23 əsgər ölüb.

19 əsgər dağıntılar altından sağ çıxarılıb, 5-i hələ tapılmayıb.

Hadisə desantçılar üçün təlim mərkəzində baş verib.

Rusiya televiziyası ilə yayımlanan videoda dördmərtəbəli binanın bir hissəsinin tamamilə çökdüyü göstərilib.