Miqrantlar Avropaya Makedoniyadan qatarlarla gəlir

Çap edildi

Avropaya keçmək niyyətində olan miqrantlar Makedoniyadakı kiçik stansiyada qatara minməyə çalışırlar. Aralıq dənizilə təhlükəli səyahətdən çəkinən qaçqınlar son zamanlar Avopaya gəlmək üçün Türkiyə və Balkanlar üzərindən keçməyə üstünlük verir.

Yüzlərlə suriyalı, iraqlı və əfqan Qərbi Avropaya gedib çıxacağına ümid edir. Qırmızı Xaç hər gün Makedoniyaya 2 min qaçqının gəldiyini bildirir. Bir neçə həftə əvvəl bu rəqəm 2 dəfə az idi. Elaine Jung xəbər verir.