Baxımsız qalan şimpanzelər
Çap edildi
Liberiyada tibbi sınaqlarda istifadə edilən bir qrup şimpanze yenidən təbiətə qaytarılıb. Lakin maliyyə kəsildiyinə görə, heyvanlar baxımsız qala bilər.
Hazırda şimpanzelərə könüllülər qayğı göstərir. Vaşinqtonda mənzillənən Humane Society cəmiyyəti şimpanzelərə uzunmüddətli dəstəyin yollarını axtarır. İllər ərzində ABŞ təhqiqat mərkəzlərindən biri 66 şimpanze üzərində Hepatit B və başqa xəstəliklərlə bağlı sınaqlar keçirib.
Mart ayında mərkəz heyvanların baxımına ayrılan maliyyəni dayandırıb.
