Rusiya zooparkında daşqın: ayılara yem gəmilərdə verilir

Çap edildi

Rusiyanın Uzaq Şərq bölgəsində baş vermiş daşqınlardan sonra yarıyadək su altında qalmış qəfəslərdəki ayılara yem gəmilərlə çatdırılır.

Ötən həftə boyu yağan yağışlardan sonra məcrasından çıxan Razdolnaya çayı Ussuriyskdəki zooparkın ərazisini basıb.

Yerli televiziya ilə qəfəsdə qalmış 14 ayıya içinə şəkər qoyulan çörəklərin verildiyi göstərilib.

"Zeleniy Ostrov" zooparkındakı xilasetmə əməliyyatında çox sayda könüllü iştirak edir.

Video şərhsizdir.