Susuzlamış bəbirin başına iş gəlib

Çap edildi

Su içmək üçün başını qazana təpmiş və geri çıxara bilməyən susuzlamış bəbir 6 saat ərzində başına qazan taxılmış vəziyyətdə qalıb.

Hadisə Hindistanın şimalında yerləşən kənd yaxınlığında baş verib.

Təbiətin qorunması nazirliyinin yerli idarəsində işləyən əməkdaşların sözlərinə görə, bəbirə trankvilizator iynəsi vurularaq başı qazandan çıxarılıb.