Yasamalda köçkünlər: "Bu binada sağlam uşaq böyütmək mümkün deyil"
Bakının Yasamal rayonunda yerləşən bu binada 230-dan çox məcburi köçkün ailəsi yaşayır.
Yeddi mərtəbəli binanın həm zirzəmisində, həm də damında yaşayanlar var.
Ötən həftə binada yaşayan ailələr yağan yağışın törətdiyi problemlərə görə, Tbilisi prospektini bağlayaraq köçürülmələrini tələb ediblər.
Qaçqın və Məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri sədri Əli Həsənov ərazidə olub və şikayətləri dinləyib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən BBC Azərbaycancaya bildiriblər ki, yağış suaları bütün binaya deyil, həyətdəki kortəbii tikililərə ziyan verib, amma problem həmin vaxt aradan qaldırılıb.
"Bina möhkəmdir və qəzalı vəziyyətdə deyil", komitə sözçüsü bildirir.
Sakinlərin köçürülməsi ilə bağlı isə, komitə deyir ki, hazırda mənzil yoxdur və gələcəkdə dövlət proqramı əsasında mərhələli şəkildə bu məsələyə baxılacaq.